Rusiyada 12 yaşlı uşaq valideynlərindən polisə şikayət etdi

2-03-2023, 11:18           
Rusiyada 12 yaşlı uşaq valideynlərindən polisə şikayət etdi
Moskva məktəblisi valideynlərinin onu kəmərlə döydüyü barədə polisə şikayət edib.

6-cı sinif şagirdi hüquq-mühafizə orqanlarının əməkdaşları ilə görüşərək anasının ona fiziki cəza tətbiq etdiyini deyib.

Uşağa yazılı izahat üçün şöbəyə getmək təklif olunub. O, bildirib ki, anası ev tapşırıqlarını yerinə yetirmədiyi üçün demək olar ki, hər gün onu əli ilə və ya kəmərlə döyür. Azyaşlının sözlərinə görə, sonuncu dəfə o, İspan dilində əlavə dərsləri qaçırdığı üçün cəzalandırılıb.

Müraciətdən sonra polis oğlanın evinə gələrək valideynləri ilə danışıb. Məlum olub ki, məktəblinin anası və atası Moskva Aviasiya İnstitutunun əməkdaşlarıdır. Qadın deyib ki, o, həqiqətən də uşağı dərsdən yayındığına görə danlayıb, ancaq onun yanağına yüngülcə şillə vurub. Uşağın atası isə oğluna qarşı fiziki güc tətbiq etmədiyini bildirib.

Mənbə: moslenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru