Suriyanın zəlzələ baş verən bölgəsində epidemiya - Ölənlər var

2-03-2023, 13:03           
Suriyanın zəlzələ baş verən bölgəsində epidemiya - Ölənlər var
Türkiyənin Kahramanmaraş şəhərindəki zəlzələlərdən təsirlənən Suriyanın şimalında vəba epidemiyası yayılıb

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bölgədə 2 nəfər vəbadan ölüb, yoluxanların sayı isə 600-ə çatır.

Məlumata görə, zəlzələ bölgəsində yayılan epidemiya şiddətli ishal və qusma kimi əlamətlərlə özünü göstərir. Çox yoluxucu və öldürücüdür.

Mülki müdafiə qrupu qeyd edib ki, su şəbəkələrinə və infrastruktur sistemlərinə ciddi ziyan dəydiyi üçün ərazidəki 568 nəfərdə vəba xəstəliyi aşkarlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru