Məşhur erməni xeyriyyə fondunun rəhbəri dələduz kimi tutuldu
2-03-2023, 17:58
Ermənistanın məşhur “Aris” xeyriyyə fondunun qəyyumlar şurasının sədri həbs edilib. O, dələduzluqda ittiham olunur. TEREF.AZ AzVision.az-a istinadla xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Qeyd olunur ki, o, xeyriyyəçilik adı altında ümumi dəyəri 10 milyon dram (təxminən 25 min dollar-red) olan malları qızıl, gümüş və paltarları mənimsəyib.
O cümlədən, 2018-ci ildə xeyriyyəçilik fəaliyyəti bəhanəsi ilə Ermənistanın Kotayk rayonunun Zovk kəndinin sakinindən 3 milyon 713 min dram (təxminən 9 min dollar) dəyərində qızıl və gümüş əşyaları toplayaraq yalandan pulu onların hesabına köçürəcəyini vəd edib.
Bundan başqa, 2020 və 2022-ci illərdə o, eyni üsulla müxtəlif mağazalardan 3 milyon 148 min 800 dram (təxminən 8 min dollar) və 4 milyon 412 min 110 dram (təxminən 11 min dollar) dəyərində paltarlar götürüb. O, butik rəhbərlərinə tam məbləği ödəyəcəyinə söz verib, lakin bunu etməyib.