Moskva yaxınlığında güclü partlayış olub - VİDEO 3-03-2023, 11:25 Moskva yaxınlığındakı Kolomna rayonunda partlayış baş verib.Məlumata görə, partlayış səsi Kolomnanın demək olar ki, bütün ərazilərində eşidilib.Artıq xilasedicilər hadisə yerindədirlər.İnsidentin səbəbi və ya təfərrüatı açıqlanmır.Xatırladaq ki, fevralın 28-də Ukrayna Silahlı Qüvvələrinə məxsus PUA Kolomna rayonu ərazisinə düşüb. O zaman hadisə nəticəsində xəsarət alan olmayıb.lenta.ru Facebook-da paylaş