Minlərlə traktor Brüsselin mərkəzini bağladı - VİDEO

4-03-2023, 12:48           
Minlərlə traktor Brüsselin mərkəzini bağladı - VİDEO
Belçika paytaxtında yerli fermerlərin kütləvi etiraz aksiyası keçirilib.

Onlar minlərlə traktoru Brüsselin mərkəzinə apararaq nəqliyyatın hərəkətinə mane olublar.

Şəhər rəhbərliyi aksiyanın keçirildiyi ərazilərə səyahətdən çəkinməyi tövsiyə edib. Nümayiş təşkilatçıları təxminən 2700 traktoru paytaxtın küçələrinə toplayaraq yolları bağlayıb və təkərləri yandırmağa başlayıblar.

Belçikalı kənd təsərrüfatı istehsalçıları ölkənin şimal bölgəsi – Flandriya hökumətinin təklif etdiyi “Azot planı” adlanan iqlim planının qəbul edilməsi ilə razılaşmadıqlarını bildiriblər. Bu sənəd təsdiq olunarsa, 2025-ci ilə qədər qırxdan çox təsərrüfat bağlanacaq.

Plan ətraf mühitin çirklənməsinə qarşı mübarizəyə və Belçikanın Aİ-nin ekoloji standartlarına uyğunluğuna əsaslanır. Ekoloqların fikrincə, ətraf mühitə ən çox ziyan vuran donuz və quşçuluq təsərrüfatlarıdır. Belə ki, onlar xüsusən də azot tərkibli tullantılarla torpağı və havanı çirkləndirirlər.

Mənbə: topwar.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru