Deputatın sürücüsü uşaq vurdu

13-06-2016, 10:39           

Bu məsələni birtəhər ört basdır edə bilən Sona Əliyevanın qardaşı isə polis işçilərini küçənin ortasında döyüb

Şəmkirdən deputat seçilmiş, haqqında son günlər xeyli söz-söhbət yayılan deputat Sona Əliyevanın haqqında daha bir məlumat gündəmə gəlib. JAM.AZ Politika.az-a istinadən xəbər verir ki, xanım deputat mətbuatda yazlanlardan sonra Facebookdakı hesabında adını dəyişib. Əvvəlcə “MA MA MA” adıyla çıxış edən Əliyeva, dünəndən «Mila MA» ismindən istifadə etməyə strat verib.
Sayt yazır ki, Sona Əliyevanın qardaşı və sürücüsü başına ciddi oyunlar açıblar. Belə ki, deputatın qardaşı Şəmrik polisinin əməkdaşları ilə dalaşaraq, onları döyüb. Lakin işə rayonun icra başçısı Alimpaşa Məmmədovun qarışmasından sonra deputat qardaşına cinayət işi qaldırılmayıb. Məsələ isə ört-basdır edilib.
Xanım deputatın sürücüsü isəı bir müddət əvvəl yüksək sürətlə hərəkət edrəkən, azyaşlı uşağı vurub. “Düzdür, sürücü vurduğu uşağı vaxtında xəstəxanaya çatdırıb. Lakin bir dəfə maddi yardım etməklə işini bitmiş hesab edib. Onun da köməyinə yenə Şəmkirin icra başçısı Alimpaşa Məmmədov çatıb. Və onun dəstəyi sayəsində məsələ skandala çevrilməyib”.
Qarşı tərəfi də dinləməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.