Vilnüs sammiti: Kiyev NATO-dan tələbini açıqladı

15-04-2023, 10:10           
Vilnüs sammiti:
NATO-nun Vilnüs sammitinin alyansa daxil olmaq dəvətindən başqa heç bir qərarı Ukraynanı qane etməyəcək.

Axar.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib.

"Əgər onlar Vilnüsdə bizə NATO ilə əməkdaşlığı dərinləşdirmək üçün bəzi müsbət şeylər təklif etməyə çalışırlarsa, eyni zamanda Ukraynanın NATO-ya üzv olması istiqamətində bir addım belə atılmayacaqsa, bu, bizim üçün qəbuledilməzdir. Vilnüsdə NATO Kiyevin üzvlüyünə doğru addım atmalı və təhlükəsizlik zəmanətləri baxımından nə baş verəcəyinə qərar verməlidir", - Kuleba qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru