Rusiya ordusu Xersonu atəşə tutdu

16-04-2023, 08:54           
Rusiya ordusu Xersonu atəşə tutdu
Rusiya ordusu Xerson vilayətini atəşə tutub.

KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak teleqram kanalında məlumat verib.

“Rusların Xerson şəhərini atəşə tutması nəticəsində bu gün iki qadın həlak olub. Onlar həyatla bir araya sığmayan mina partlayıcısı xəsarətləri alıblar”, – Yermak bildirib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatına görə, hava hücumu nəticəsində Xerson vilayətində hüquq-mühafizə orqanlarının üç əməkdaşı yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru