Hafiz Məmmədovun qardaşının ölkədən çıxışına qadağa qoyulub

15-06-2016, 00:54           
Hafiz Məmmədovun qardaşının ölkədən çıxışına qadağa qoyulub
Vergilər Nazirliyi Azərbaycandan getmə hüququ məhdudlaşdırılmış hüquqi şəxslərin icra orqanları rəhbərlərinin siyahısını yeniləyib. Vergi borcu səbəbindən sanksiyaya məruz qalmış 144 şəxs siyahısında idmanla bağlı iki nəfər yer alıb.

Bunlardan biri “Bakı” Futbol Klubundan Zeynal Məmmədovdur. Z.Məmmədov klub prezidenti Hafiz Məmmədovun qardaşıdır və klubun vitse-prezidenti vəzifəsində çalışıb.

Digər şəxs isə “Karvan İdman Klubu” MMC-dən Əli Abdulrəhmanovdur.


Hər iki şəxsin vergi borcu açıqlanmır. Onların ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılıb (report.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru