Lənkəran TKQ-nın rəisiylə bağlı məlumat yalan çıxdı
15-06-2016, 11:57
Şahlar İsmayılov haqqında məlumat ötürən mənbənin saxta olduğu aşkarlandı; Lətif Nehmətov: "Bu məlumatı yayan şəxsi tapıb, məhkəməyə verəcəm
Bu gün Lənkəran Telekommunikasiya qovşağının rəisi Şahlar İsmayılovla bağlı dərc edilmiş məlumat təsdiqini tapmayıb. JAM.AZ-ın araşdırmaları nəticəsində məlum olub ki, İsmayılovun atası Vəlişah Əliyevin separatçılarla heç bir əlaqısi olmayıb.
Belə ki, Vəlişah Əliyev tanınmış şair olmaqla yanaşı, həm də dövlətə sadiq biridir. Ən əsası isə Şahlar İsmayılovun haqqında JAM.AZ-a məlumat göndərən, özünü Lənkıranın Şağlaser kəndinin sakini Lətif Nehmətov kimi təqdim edən şəxsin saxta profil sahibi olduğu aşkarlanıb. Redaksiyamıza zəng edən Lətif Nehmətov bildirib ki, yayılmış məlumat onun tərəfindən yayılmayıb. Və bu işi tutmuş adamın aşkarlanması və qanun qarşısında cavsb verməsi üçün hüquq mühafizə orqanlarına müraciət edib. O deyib ki, onun adından yayılmış məlumat yalan olmaqla nərabır, həm Şahlar İsmayılova , həm də özünə qarşı böhtandır.
Bu əsnada Şahlar İsmayılovun da iş yoldaşları, əmıkdaşları JAM.AZ-la əlaqə saxlayıblar. Onlar bildiriblər ki, Lınkəran TKQ-nın rəisinin 4 aylıq təyinatı müddətinfə gördüyü işlərdən çox razıdırlar. Onların sözlərinə görə, qovşaq rəisi bacarıqlı, peşəkar, işinin ustası olmaqla bərabər, vətənə, dövlətə sadiq insandır. Onlar qeyd edirlər ki, Şahlar İsmayılovla bağlı yazılanlar iftira və böhtandan başqa bir şey deyil.
Qeyd edilir ki, İsmayılovun vəzifə yəyinatından sonra Lənkəran TKQ-da xeyli dəyişiklik baş verib. Aparılan islahatlar nəticəsində xeyli yeniliklər, dəyişikliklər qeydə alınıb. Hazırda qovşaöın və rabitə sisteminin daha da təkmilləşdirilməsi istiqamətində tutarlı işlər görülür.
Bildirək ki, Şahlar İsmayılovla bağlı böhtan dolu məlumatı JAM.AZ-a göndərən şəxsin kimliyini dəqiqləşdirmək üçün JAM.AZ da müvafiq dövlət qurumlarına müraciət etməyə hazırlaşır. Səbəb başqalarının adından istidadə edərək, eyni zamanda başqalarına şər atmaqla məşğul olanların cəzasız qalmamasıdır. Bu həm də mediaya yalan məlumatların ötürülməsini önləmək üçün vacib amillərdəndir.