Tərtərdə hərbi sursat partlayıb, 8 yaşlı uşaq xəsarət alıb

16-06-2016, 10:09           

Tərtərdə 8 yaşlı uşaq hərbi sursatın partlaması nəticəsində xəsarət alıb.

teref.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Əskipara kəndində qeydə alınıb.

Əslən Laçın rayonundan olan məcburi köçkün, Əskipara kənd sakini 8 yaşlı Elvin Hüseynli həyətlərində toplanan tullantılara od vurub. Daha sonra gözlənilmədən partlayış baş verib. Nəticədə uşağın bədəninin müxtəlif nahiyələri yanıb. Yanıq xəsarəti alan azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, E. Hüseynli üz nahiyəsi və iki ayaqlarında yanıq xəsarəti ilə xəstəxanaya daxil olub. O, ambulator müalicə aldıqdan sonra evə buraxılıb.

Azyaşlının həyatı üçün təhlükə olmadığı bildirilir. Onun yaralanmasına səbəb olan hərbi sursatın adı məlum deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.