Güclü zəlzələ Kaliforniyanı SİLKƏLƏDİ 12-05-2023, 09:58 ABŞ-ın Kaliforniya ştatında 5,4 bal gücündə zəlzələ baş verib.Publika.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidmətinin saytında məlumat verilib .Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Şərqi Şor yaşayış məntəqəsindən 4 km cənub-qərbdə, ocağı isə 1,5 km dərinlikdə yerləşib.Dağıntı və tələfat barədə məlumat verilmir.Bundan əvvəl Filippinin şimal sahillərində 5,4 bal gücündə zəlzələnin baş verdiyi məlum olub. Facebook-da paylaş