Məmurların dağıtdığı Qızıl Kurqan polis nəzarətinə götürüldü - Rəsmi açıqlama

17-06-2016, 15:18           
Məmurların dağıtdığı Qızıl Kurqan polis nəzarətinə götürüldü - Rəsmi açıqlama
Goranboy rayonunun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazi Daxili İşlər Nazirliyinin Goranboy Rayon Şöbəsi tərəfindən tam nəzarətə götürülüb.

Bu barədə AzNews.az-a rayonun icra başçısının köməkçisi Fuad Əliyev məlumat verib. Onun sözlərinə görə, əməliyyat tədbirindən sonra ərazidə heç bir qazıntı işləri aparılmayıb. mHadisə ilə əlaqədar həbs olunan və saxlanılanlara gəlincə, F.Əliyev belə məlumatlardan xəbərsiz olduğunu deyib: “Bu haqda məlumatım yoxdur. Əgər kimsə həbs olunsa, yaxud da saxlanılsa, icra hakimiyyəti aparatınının məlumatı olar”.

Xatırladaq ki, iyunun 12-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Goranboy rayonunda böyük əməliyyat keçirib. Məlumata görə, rayonun Tapqaraqoyunlu kəndində yerləşən, aprel döyüşlərinə qədər neytral zonada qalan Qızıl Kurqan deyilən ərazidə gizli qazıntı işləri aparan şəxslər bu ayın 11-dən 12-ə keçən gecə ifşa olunub. Yerli polisin də iştirak etdiyi əməliyyatda dövlətin təbii sərvətini ələ keçirməyə çalışan bir neçə məmur saxlanılıb. Saxlanılanlar arasında əməliyyat vaxtı əraziyə nömrəsiz avtomobillə gəlmiş icra başçısının köməkçisi Fuad Əliyev, eləcə də 22 AA 010 xidməti avtomobillə orada olan rayon Yol İdarəsinin («Azəryolservis») rəis müavini Misir Ələkbərov və bir neçə başqa vəzifəli şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Fuad Əliyev daha sonra sərbəst buraxılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.