“Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb” - “Enerqoatom”:

17-05-2023, 11:34           
“Rusiya Zaporojye AES-də əsgərlərin sayını artırıb” - “Enerqoatom”:
Rusiya Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında hərbçilərinin sayını xeyli artırıb. “Report” xəbər verir ki, bu barədə Ukraynanın “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalı Şirkəti məlumat yayıb.

"Hazırda burada 2 500-dən çox Rusiya hərbçisi var və onların sayı stansiyanın şəxsi heyətindən də çoxdur", - “Enerqoatom” qeyd edib.

Şirkətdən bildirilib ki, Rusiya ordusu stansiyanı öz möhkəmlənmiş hərbi bazasına çevirir.

“İşğalçılar hələ də AES-in ərazisində və nüvə alimləri şəhərində qalırlar, lakin çox keçmədən Ukrayna Silahlı Qüvvələri Enerqodar torpağına gələcək”, - şirkət vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Zaporojye AES-də personalın sayının xeyli azaldığı məlum olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru