Baxmutda Rusiyanın artilleriya zərbəsi nəticəsində ABŞ ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) veteranı həlak olub.
APA CNN-ə istinadən xəbər verir ki, bu barədə həlak olan döyüşçünün yaxın dostu məlumat paylaşıb.
Bildirilib ki, amerikalı hərbçinin olduğu binaya artilleriya zərbəsi endirilib, nəticədə bina uçub və o dağıntıların altında qalıb.
Məlumatda qeyd olunub ki, güclü artilleriya atəşi başladığı zaman binada olan amerikalıların və ukraynalıların çoxu qaçmağı bacarıb, lakin Nik adlı veteran qaça bilmədiyi üçün, ya artilleriya zərbəsindən, ya da dağıntıların altında qalmasına görə həlak olub.
Amerikalı hərbçinin həlak olması “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinin “Telegram”da həlak olmuş ABŞ hərbçisi ilə bağlı görüntülər paylaşmasından sonra təsdiqini tapıb.