Azərbaycan elminə AĞIR İTKİ: Professor vəfat etdi - FOTO

17-05-2023, 13:26           
Azərbaycan elminə AĞIR İTKİ: Professor vəfat etdi - FOTO
Azərbaycan Cümhuriyyətinin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlunun nəvəsi vəfat edib.

Musavat.com xəbər verir ki, tarix elmləri doktoru, professor Xan Xoyski Azad Cəfər oğlu 75 yaşında vəfat edib.

Qeyd edək ki, Azad Xan Xoyski Azərbaycan Cümhuriyyəti (1918-1920) dövründə Azərbaycanın dövlət idarələrində məsul vəzifələr tutmuş peşəkar hüquqşünas, Cümhuriyyətin əsas qurucularından olan Fətəli Xan Xoyskinin qardaşı oğlu Əmiraslan Xan Xoyskinin nəvəsidir.

O, “Azərbaycan Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru