Ramin Quluzadəyə ikinci açıq məktub

17-06-2016, 17:42           
Ramin Quluzadəyə ikinci açıq məktub
Müşfiq Mənəfov: «Tağı Həsənov rayonun Məlikçobanlı kəndində dəyəri 10 min manatı keçməyən poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləyib»

Ötən günlərdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edən Şamaxı sakini Müşfiq Mənəfov növbəti dəfə nazir Ramin Quluzadəyə müraciət ünvanlayıb. JAM.AZ vasitəsi ilə nazirə müraciət edən sözügedən şəxs bildirir ki, onun şikayətləri obeyktiv və ədalətli şəkildə araşdırılmır.
Mənəfov bildirir ki, Şamaxı Poçt Şöbəsinin müdiri Tağı Həsənovun əməlləri ilə bağlı etdiyi müraciətlərə ya cavab verilmir, ya da lazımi səviyyədə açıqlama göndərilmir. «Tağı Həsənov rayonun Məlikçobanlı kəndində dəyəri 10 min manatı keçməyən poçt binasının tikintisinə 60 min manata yaxın pul xərcləyib. Poçt filialı rəisinə nəzərdə tutulmayan xidməti avtomobilin alınmasına 20 min manat nağd pul ödənilib. İşlədiyi vaxt ərzində məhkəmə çəkişmələrinə poçtun 10 min manat pulu ödənilib. Cənab nazir, siz qəbulda məni səmimiyyətlə dinlədiz, 4 vərəqdə olan ərizəmi və əlavə olunan arayışları şəxsən özünüz məndən götürdünüz, şikayətlərimin ciddi şəkildə araşdırılacağına, Şamaxı RPF-yə RYTN-nin Audit briqadasını göndərməyinizə və nəticə barədə mənə əlavə məlumat veriləcəyinə söz verdiniz. Həmin vaxtdan 41 gün keçir».
Müşfiq Mənəfov sonda təkcə bir sualına cavab tapmaq istədiyini də qeyd edib. «Tabeliyinizdə çalışan Tağı Həsənovun bir dövlət məmuru kimi sadə vətəndaşı təhqir etməsi, onun hüquqlarını pozması, əksər işçilərinin məvacibi 150 manat təşkil edən Poçt müəssisəsinin pulunu necə gəldi xərcləməsi, dövlətimizin və cənab Prezidentimizin yürütdüyü siyasi və iqtisadi prinsiplərə nə dərəcədə uyğundur?»












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.