Güclü külək divanı göydə belə uçurdu - ANBAAN VİDEO
18-05-2023, 12:49
Türkiyənin Ankara şəhərində baş verən güclü külək və aralıqsız yağan yağış həyatı iflic edib.
BAKU.WS xəbər verir ki, sürəti saatda 45 km olan külək evlərin damının uçuraraq, ağacları kökündən çıxarıb.
Etimesgut bölgəsində ticarət mərkəzinin dam örtüyün qaldıran külək insanlara qorxulu anlar yaşadıb. Eyni zamanda külək yaxınlıqdakı hündürmərtəbəli yaşayış binalarının birinin eyvanındakı divanı göydə uçurub. Daha sonra isə divan başqa bir binadakı mənzilə düşüb.
Həmin anlar ətrafda yaşayan sakinlər tərəfindən anbaan lentə alınıb.