Hərracda yüksək qiymətə qədim İncil kitabı satılıb - FOTO
18-05-2023, 11:22
İvrit dilində yazılmış qədim İncil Nyu-Yorkda keçirilən hərracda 38,1 milyon dollara satılıb.
Məlumat “Sotheby's” ticarət evinin “Twitter” səhifəsində dərc edilib.
“Ən qədim və ən tam ivrit dilində İncil ayrıca tarixi hərracda satılıb”, - paylaşımda qeyd olunur.
Həmçinin qeyd olunur ki, dini kitab təxminən miladın 900-cü ilində tərtib olunub və ivrit dilində İncilin bütün kitablarını özündə cəmləşdirən tək cildin ən qədim nümunəsidir.