Azərbaycanda daha bir beynəlxalq yarış keçirilə bilər

17-06-2016, 23:02           
Azərbaycanda daha bir beynəlxalq yarış keçirilə bilər
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığı ilə Beynəlxalq Hərbi İdman Şurasında (CISM) ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri, Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü general-mayor Natiq Əliyev Şuranın rəsmi nümayəndəsi Nevzat Varol ilə görüşüb. Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, görüşdə CISM prezidenti Abdul Hakeem Al-Şinonun VIII Yay Hərbi Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı müraciəti müzakirə olunub.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin prezidenti, ölkə başçısı İlham Əliyevin idmanın inkişafına verdiyi dəstək nəticəsində ölkəmizin birinci Avropa Oyunlarına, bu günlərdə isə Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışına və gələn il IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi xüsusi qeyd olunub.

Dünya hərbçiləri arasında 2004-cü ildə cüdo, 2006-cı ildə güləş, 2008-ci ildə boks, 2013-cü ildə isə futbol üzrə dünya çempionatlarının və 2010-cu ildə CISM Avropa konfransının Azərbaycanda uğurla keçirilməsini xatırlayan Beynəlxalq Hərbi İdman Şurasının rəsmi nümayəndəsi N.Varol təmsil etdiyi qurum adından Azərbaycan tərəfinə bir dafa minnətdarlığını bildirib.
Görüşdə Azərbaycanın hərbçi idmançılarının CISM himayəsi altında keçirilən yarışlarda qazandıqları nailiyyətlər və beynəlxalq səviyyəli idman yarışlarını təşkil etmək təcrübəsi nəzərə alınaraq, 2023-cü ildə VIII Yay Hərbi Oyunlarının ölkəmizdə keçirilməsi təşəbbüsü müzakirə olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.