Şəki sakini kreditini ödəmədiyinə görə həbs olunub

18-06-2016, 00:05           
Şəki sakini kreditini ödəmədiyinə görə həbs olunub
Şəkidə kreditini ödəmədiyinə görə bir nəfər həbs edilib. Rayonun Qoxmuq kənd sakini Şəlalə Abdurrəhimova iddia edir ki, onun qardaşı işləyir və götürdüyü krediti ödəyir. Lakin son vaxtlar ödəməni gecikdirdiyinə görə polis tərəfindən saxlanılıb. 38 yaşlı Böyük Dəhnə kənd sakini Zahir Səmədovun hazırda rayonda bir banka 3717,45 ABŞ dolları borcu var. Krediti ümumiyyətlə ödəmədiyinə görə həmin bank məhkəməyə müraciət edib. Şəki şəhər icra şöbəsindən dəfələrlə müraciət edilməsinə baxmayaraq Zahir Səmədov məhkəmə qərarını icra etməyib. Zahir Səmədov 24 may 2016 cı il tarixli bildirişə məhəl qoymadığı, borcunun heç bir hissəsini ödəmədiyi üçün Şəki rayon Məhkəməsinin qərarına əsasən 10 günlük həbs edilib. Rayon polis şöbəsinin rəis müavini Vüqar Xəlilov bildirir ki, belə hallarda məhkəmə qərarını icra etmədiyi üçün yalnız məhkəmənin çıxardıgı qərar ilə polis şöbəsində saxlanma ola bilər. Problemli kreditə görə polis heç kimi saxlamır. (“Xəzər Xəbər”)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru