Yaşadığı şəxs tərəfindən şiddət görən qadın özünü yandırdı

23-05-2023, 12:14           
Yaşadığı şəxs tərəfindən şiddət görən qadın özünü yandırdı
"22 apreldə sığınacağa bir uşaq yerləşdirildi. Anası barədə məlumatımız səthi idi. Bircə bildirildi ki, anası bir nəfərin evini yandırdığına görə həbs olunub. Bir az öncə ananı tapmışam. Ana dediyinə görə ev yandırmayıb, özünü yandırıb".

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, qadın qeyri-rəsmi yaşadığı şəxs tərəfindən uşağının gözü qarşısında davamlı olaraq şiddət gördüyündən, bıçaqla hədələndiyindən benzin töküb özün yandırıb:

"Bir aydır ağır vəziyyətdə yatır. Uşağın anasının durumundan xəbəri yoxdur. Sığınacaq onun üçün sakit məkandır. Uşaq yetərincə dəhşətlər görüb".

K.Ağazadə əlavə edib ki, qadın 15 yaşında övladını dünyaya gətirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.