ABŞ-da “İlin müəllimi” şagirdini zorlamaqda ittiham olunur.
Publika.az xəbər verir ki, bu barədə “The New York Post” nəşri məlumat yayıb.
38 yaşlı qadının Kaliforniyada yerləşən Yucapadakı orta məktəbdə riyaziyyatdan dərs dediyi bildirilir. Müəllim 16 yaşlı şagirdi zorlamaqda günahlandırılaraq həbs edilib, sonradan 30 min dollar girov müqabilində azadlığa buraxılıb.
Hüquq-mühafizə orqanları onun, şagirdi nə vaxt və harada cinsi əlaqəyə sövq etdiyini dəqiqləşdirməyib. Polis onun başqa qurbanlarının da ola biləcəyini istisna etmir.
Saxlanılan şəxsin 2017-ci ildə “İlin müəllimi” adını aldığı deyilir.