Təyyarə 90 sərnişini hava limanında “unudaraq” uçdu

19-06-2016, 10:24           

Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək üçün on polis əməkdaşı cəlb olunub.

Eurowings şirkətinin təyyarəsi 90 sərnişini göyərtəyə almağı "unudaraq" Düsseldorf hava limanından uçub.

teref.az oxu.az-a istinadən bildirir ki, Drezden reysini həyata keçirməli olan təyyarənin sərnişinlərini minmə yerinə iki avtobusda gətiriblər.

Birinci avtobusdakı qırx sərnişin təyyarəyə qalxaraq Drezdenə çatıb. Lakin ikinci avtobusdakı adamları göyərtəyə alınmayıblar.

Təyyarəyə minə bilməyən ikinci avtobusun sərnişinlərini sakitləşdirmək və hava limanının əməkdaşlarının təhlükəsizliyini təmin etmək üçün on polis əməkdaşı cəlb olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru