Eks-kolxoz sədrinin əl-ayağını bağladılar — Maskalı basqın

19-06-2016, 22:39           

Ötən axşam maskalı şəxslər Neftçala rayonunun Qaralı kəndində 83-yaşlı Abasağa Ağayevin evinə basqın ediblər.

teref.az xəbər verir ki, rayon sakinlərinin virtualaz.org saytına verdikləri məlumata görə, basqınçılar ev sahibinin və həyat yoldaşının ağzını və əl-ayağını bağlayaraq pul və qızıl-zinət əşyaları tələb ediblər.

Qeyd edək ki, Abasağa Ağayev Sovet dövrünün ən tanınmış kolxoz sədrlərindən biri olub.

Faktla bağlı Neftçala Rayon Polis Şöbəsində cinayət işi açılıb. Cinayətkarların tezliklə tutularaq məsulliyyətə cəlb olunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru