Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ

27-05-2023, 08:54           
Kriminal avtoritet həyat yoldaşı ilə birlikdə ÖLDÜRÜLDÜ
Cənubi Afrikada "Miss Bolqarıstan 2007" qalibi Qerqana Koçanova başından güllələnib.

Teref.Az axşam.az-a istinadən bildirir ki, 38 yaşlı modellə yanaşı, kriminal avtoritet həyat yoldaşı Krasimir Kamenov-Kuro, onların mühafizəçisi və Qerqananın qulluqçusu da qətlə yetirilib.

Hadisə mayın 25-də cütlüyün Keyptaundakı malikanəsində baş verib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, cütlük qanunla bağlı problemlərə görə 2015-ci ildə evləndikdən az sonra Bolqarıstandan Afrikaya mühacirət edib. Krasimir İnterpol tərəfindən axtarışa verilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru