Südə təbaşir, sabun, hətta gips qatılır…

22-06-2016, 00:57           

Rusiyanın Fitosanitar Xidməti ölkədə süd məhsullarının saxtalaşdırılması ilə bağlı apardığı detallı araşdırmanın nəticələrini yayıb.

Qurumun yaydığı press-relizdə deyilir ki, Rusiyada süd istehsalçıları məhsulun maya dəyərini azaltmaq yolyla qanunsuz gəlir əldə etmək üçün südə su, nişasta, təbaşir, sabun, soda, əhəng, bor və salisil turşuları və hətta gips əlavə edirlər.

Əksər hallarda təbii südün yerinə bitki yağlarının əlavə edilməsi ilə hazırlanmış məhlul təqdim olunur.


Həmin məhluldan başqa ağartı məhsullarının istehsalı zamanı da istifadə olunur.

Südün saxta südlə əvəz edilməsi çox vaxt keçi südünün istehsalında baş verir. Çünki onun qiyməti bahadır.

Bundan başqa təbii südün normallaşdırılmış südlə əvəz edilməsi də baş verir. Təbii süddə yağın miqdarı 4,5%-ə, bəzən hətta 6,0%-ə çatdığına görə onun 2,5%-li normallaşdırılmış südlə əvəz edilməsi saxtakarlara sanballı gəlir gətirir.

Açıqlamada daha sonra deyilir ki, xamanın saxtalaşdırılması zamanı əksər hallarda ona su, kefir, yağı alınmış kəsmik əlavə edilir, bitki yağı, soya zülalı, aşağı keyfiyyətli süd komponentləri, nişasta, stabilizatorlar, habelə dad gücləndiriciləri əlavə edilir.

Kərə yağının istehsalı zamanı isə istehsalçılar süd yağını bitki yağı ilə əvəz edə, yaxud ona marqarin və başqa hidrogenizə olunmuş yağlar əlavə edə bilirlər.

Keyfiyyətsiz pendirin tərkibinndə suyun miqdarı normadan çox ola bilər. Bu halda da süd yağları bitki yağları ilə əvəz edilir, soya zülalı əlavə edilir, yağlılıq azaldılır və yetişmə rejimi pozulur.

Süd məhsullarının saxtalaşdırılması üçün əsasən hidrogenizə olunmuş yağlardan istifadə olunur. Bu yağların tərkibindəki yağ turşularının trans-izomerlərinə görə onlardan məhdud miqdarda istifadə olunmalıdır. Trans-izomerlər yağların hidrogenizə olunması, ətirləndirilməsi, ağardılması və yüksək temperaturlara məruz qalması zamanı əmələ gəlir. Onlar adi yağlar kimi həzm olunur, ancaq orqanizmin bütün lipid strukturlarına daxil olaraq maddələrin nəqlini, siqnalların ötürülməsini, membranlardakı reseptorların işini və köməkçi proseslərin biokimyasını pozur.

Amma press-relizdə konkret hansı şirkətlərin məhsullarının ekspertizadan keçirildiyi açıqlanmır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.