Bir neçə gün bundan qabaq Ağstafa rayon Polis İdarəsi tərəfindən axtarışda olan Tahir Fərzəli oğlu Ayralovun saxlanılması ilə bağlı rayonda keçirilən əməliyyatda polis serjantı Bağırov Vasif Şaiq oğlu başından güllə yarası almışdı.
Bizimyol.info xəbər verir ki, başından ağır yaralanan polis nəfəri Respublika Neyrocərrahiyə Xəstaxanasına gətirilib. Burada əməliyyat olunan Bağırov Vasif, bir neçə gün xəstəxanada koma vəziyyətində qalıb. Ağstafa Rayon Polis İdarəsinin növbətçi hissəsindən verilən məlumata görə, yaralı polis serjantı Bağırov Vasif Şaiq oğlu bu səhər saat 09:10 da vəfat edib.
Qeyd edək ki, üç uşaq atası olan polis serjantının işi ilə bağlı, Ağstafa rayon prokrorluğunda cinayət işi açılıb, istintaq gedir.