Fazil Məmmədov Yeganə Balakişiyevanı baş idarə rəisi təyin etdi

23-06-2016, 16:45           
Fazil Məmmədov Yeganə Balakişiyevanı baş idarə rəisi təyin etdi
Vergilər Nazirliyində yeni kadr təyinatı baş verib.

“Report”un məlumatına görə, kiçik vergi xidməti müşaviri Yeganə Nəsir qızı Balakişiyeva Vergilər Nazirliyi Hüquq Baş İdarəsinə rəis təyin edilib.

Qeyd edək ki, həmin İdarənin rəis müavini olan Y.Balakişiyeva bu vaxta qədər rəis vəzifəni müvəqqəti icra edib.

Xatırladaq ki, Vergilər Nazirliyi Hüquq Baş İdarəsinin keçmiş rəisi Zeynalabdin Yunsur oğlu Məmmədzadə Vergi cinayətlərinin təhlili və vergi borclarının alınması işinin təşkili Baş İdarəsinə rəis təyin olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru