Qazaxda öldürülən qadının şəxsiyyəti məlum oldu və qatil həbs edildi VİDEO

23-06-2016, 23:13           

Qazaxda qətlə yetirilən qadının kimliyi məlum olub. Qazax rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə Qazax rayonun Xanlıqlar kəndi ərazisində tapılan meyitin Gürcüstan respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Elmira Tanrıverdiyevaya məxsus olduğu müəyyən edilib.

Onun Qazax rayon sakini 1987-ci il təvəllüdlü Eldəniz Babayev tərəfindən qətlə yetirildiyi məlum olub. E. Babayev Bakı şəhərində saxlanılıb. Faktla bağlı Qazax rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq davam etdirilir.
[media=https://www.youtube.com/watch?v=r5o1TaFHbyU]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru