SƏNƏ BİR DAŞ ATAR YERİNDƏN DURAN...

24-06-2016, 07:49           
SƏNƏ BİR DAŞ ATAR YERİNDƏN DURAN...
Ürəklərimizin cümhur başqanı Elçibəyi anarkən
Dünyada çox kəndlər , ellər – obalar var . Novxanını və Kələkini doğma kəndimiz edən Uca Bayraq tutan Bəylərimiz Məhəmməd Əmin Rəsulzadə və Elçibəydir . Kim nə deyir desin , bu iki öndərin arasında başqa heç kim görünmür . Biri heçdən istiqlal rəmzi üçboyalı BAYRAQ yapıb başı üzərində qaldırdı və “Bir kərə yüksələn bayraq bir daha enməz” dedi . O biri bolşevik süngüsünün Azərbaycan türklərinin yanıqlı ürəklərinə endirdiyi şəhidimizin son örtüyü BAYRAĞI yenidən Azərbaycanın başı üzərinə qaldırıb böyük BƏYİMİZİN yolçusu olduğunu ortaya qoydu .
Elçibəy də , böyük öndər də cılız davalar etməyib , onların davası Azərbaycanın bağımsızlığı olub . Onlar BAYRAQ davası ediblər ! Bu gün də özləri BAYRAQ kimi başımızın üstündədirlər . İndi bir çoxları qəhraman olub , dil savaşına , BAYRAQ ADAMLARIMIZI aşağılamaq davasına çıxıblar .Hərə əlinə bir daş alıb atır . Dünən bığını qırxıb , arvad paltarı geyinib milli dövlətə qarşı qiyama çıxanların yanından atəş açanlar , bu gün yanlarını dəyişib daşlarını yenə də BƏY evinə tuşlayıblar . Nə qədər yazıq olasan ki , əli daşlı başsız olduğunu ,cılız yazıq olduğunu unudasan .
Kişinin sözü bir olar . Demişəm və deyəcəyəm : MƏHƏMMƏD ƏMİN RƏSULZADƏDƏN ÖZGƏ ÖNDƏR , ELÇİBƏYDƏN BAŞQA AZƏRBAYCAN DÖVLƏT BAŞÇISI TANIMIRAM VƏ YƏQİN BUNDAN SONRA DA TANIMAYACAĞAM !
DOĞUM GÜNÜN QUTLU OLSUN , BƏY!
Məğrur Bədəlsoy
Teref/info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru