“Avtoritet Zayka”nı Lotu Qulidən təcridxanada gizlədiblər
24-06-2016, 08:00
Əliyevin briqadası Lotu Quli və Rövşən Lənkəranskinin rəhbərlik etdiyi iki güclü cinayət qruplaşmasına qarşı ziddiyyət təşkil edirdi.
Rusiya İstintaq Komitəsində Zayka ləqəbli nüfuzlu azərbaycanlı avtoritet Zaur Əliyevlə bağlı aparılan istintaq başa çatıb.
Əliyevə yaxın olan şəxslər bildiriblər ki, onun həbsi "vorzakon” Nadir Səlifovla (Lotu Quli) arasında yaşanan münaqişə ilə əlaqəlidir.
Daha əvvəl Qulinin adamları tərəfindən döyülən Zayka hazırda təhlükəsizlik məqsədi ilə təcridxananın xüsusi bölməsində, gücləndirilmiş mühafizə altında gizlədilir.
"Rosbalt”a hüquq-mühafizə orqanlarından olan mənbənin verdiyi məlumata görə, Zaykaya qarşı "qəsb”, "insan oğurluğu”, "soyğun”, "qanunsuz silah saxlama”, "quldurluq” maddələri ilə ittihamlar irəli sürülüb.
Onun adı 3 biznesmeni qaçırmaqda, onların ailələrindən şantajla pul almaqda hallanır. Lakin Zaur bütün ittihamları rədd edir.
Ona yaxın şəxslər isə bildirirlər ki, bütün bunlar Lotu Quliyə görə baş verir.
"Fikrimizcə, zərərçəkən olaraq göstərilən biznesmenlər əslində "qanuni oğru”ya yaxın adamlardır və Zaura şər ata bilərlər”, - agentliyin həmsöhbətləri bildirib.
Əliyevin briqadası Rusiyada azərbaycanlılar – Lotu Quli və Rövşən Lənkəranskinin rəhbərlik etdiyi iki güclü cinayət qruplaşmasına ziddiyyət təşkil edirdi. Hər iki "qanuni oğrular” ilə daima münaqişə vəziyyətində idi.
Qeyd edək ki, Zaur Əliyev saxlanıldığı təcridxanada daha əvvəl Qulinin 30-a yaxın adamı tərəfindən döyülmüşdü. Döyülmə prosesi "Skype” vasitəsilə Loti Quliyə canlı izlədilib.
Zauru satlarca döyüb və işgəncə veriblər.
Əliyevə yaxın olan mənbələrdən məlum olub ki, ondan üzr istəməsi tələb olunsa da, Zaur hamilə həyat yoldaşı ilə təhdid edildikdən sonra üzr istəyir.
//veteninfo.az/