Qusarda sel körpünü uçurub

24-06-2016, 23:25           
Qusarda sel körpünü uçurub
İyunun 24-də günün ikinci yarısında yağan şiddətli leysan yağışlarının Qusar rayonun Kuzun kəndində ciddi fəsadlar törətdiyi bildirilir.

Bu haqda Qusar rayon fövqəladə hallar komissiyasının sədri Şahid Fərəməzov məlumat verib

Ş. Fərəməzovun deməsinə görə, dağlardan gələn sel suları Kuzun kəndində 20-dən çox evin içinə dolub. Selin təsirindən bəzi evlərin divarları uçub.
Hadisə nəticəsində kənd sakinlərindən xəsarət alanların olmadığı bildirilir.
Ş. Fərəməzovun deməsinə görə, dağılmaq ehtimalı olan evlərin sakinləri təhlükəsiz əraziyə köçürülüblər.

O, bildirib ki, 2 saat ərzində yağan leysan yağışları nəticəsində yaranan sel kənddəki körpünün bir hissəsini də sıradan çıxarıb.Sel kənddəki arıçılıq və heyvandarlıq təsərrüfatlarına da ciddi ziyan vurub.

Hazırda yağış yağmasa da, dağlardan kəndə sel sularının axınının davam etdiyi bildirilir.

Bir qədər əvvəl aramsız yağan yağışlardan Şamaxı, İsmayıllı, Göyçay və daha bir neçə rayonda da körpülər uçmuş, bir sıra kəndlərlə əlaqə kəsilmişdi. (APA)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru