Zaqatalada xəstəxanada faciə - VİDEO

25-06-2016, 09:45           

Altı aylıq körpə əməliyyatdan sonra ölüb.

Zaqatala rayon mərkəzi xəstəxanasında altı aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

teref.az ANS PRESS-ə istinadən xəbər verir ki, valideynləri uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkim buna ehtiyacın olmadığını deyib.

İyunun 23-də uşağın vəziyyətinin pisləşdiyini görən həkim əməliyyat qərarı verib. Nəticədə uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Xəstəxanaya polis əməkdaşları cəlb olunub.

Zaqatala rayon mərkəzi xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan qeyd ediblər ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

“Səlim Laçınov iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib” , - deyə xəstəxana işçisi əlavə edib.

[media=https://www.youtube.com/watch?v=yPqdCgi0yRs]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru