Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO

25-06-2016, 16:47           
Azərbaycan həkiminin dəhşətli səhvi dünya mediasında - FOTO
Bakıda həkimin şəkərli diabet xəstəsi 82 yaşlı Tərlan Əliyevanın sağlam olan sol ayağı əvəzinə sağ ayağını kəsməsi beynəlxalq medianın da diqqətini çəkib.

Türkiyənin NTV, “Haberler.com” və Rusiyanın “Ria Novosti”, “Lenta.ru” kimi nüfuzlu media orqanları məsələyə geniş yer verərək, sensasiyalı hadisəni oxucularına çatdırıb.

Oxucular isə şərhlərində hadisəni törədən həkimi lənətləyiblər.

Qeyd edək ki, şəkərli diabet xəstəsi Tərlan Əliyevaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub və qadın ötən gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində 60 yaşlı cərrah həkim Valeh Kərimov tərəfindən əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə sağlam olan sağ ayağı kəsilib. Valeh Kərimov sensasiyalı hadisəyə cavab verib və səhvən sağlam ayağı kəsdiyini etiraf edib/axar.az/.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru