İnterpol Afrikada cinayətkarlıqla mübarizə çərçivəsində 2 milyon avrodan çox pul müsadirə edib

9-08-2023, 08:28           
İnterpol Afrikada cinayətkarlıqla mübarizə çərçivəsində 2 milyon avrodan çox pul müsadirə edib
Beynəlxalq Kriminal Polis Təşkilatının (INTERPOL) 21 ölkənin iştirak etdiyi Qərbi Afrikada mütəşəkkil cinayətkarlıqla mübarizə əməliyyatı çərçivəsində 2 milyon avrodan çox vəsait müsadirə edilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İnterpolun saytında dərc olunmuş məlumatda deyilir.

“Qərbi Afrikada mütəşəkkil cinayətkar qruplarla mübarizə aparmaq üçün “Çaqqal” əməliyyatı zamanı təxminən 2,15 milyon avro müsadirə edilib və ya dondurulub”, - mətndə deyilir.

Qeyd olunub ki, əməliyyat çərçivəsində 208 bank hesabı bloklanıb. 1,1 min şübhəli müəyyən edilib, onlardan 103 nəfər saxlanılıb.

Bunlar Qərbi Afrikada internet fırıldaqçılığı, kredit kartı və avans ödənişləri ilə bağlı dələduzluq və çirkli pulların yuyulması ilə məşğul olan bir neçə cinayət təşkilatıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru