Hərbi helikopter qəzaya uğradı: Ölənlər var

9-08-2023, 08:38           
Hərbi helikopter qəzaya uğradı: Ölənlər var
Braziliyada Hərbi Dəniz Qüvvələrinə məxsus helikopter təlim zamanı qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

“Sizə bildiririk ki, Braziliya Hərbi Dəniz Qüvvələrinin təyyarəsi ilə insident nəticəsində iki hərbçi həlak olub”, - qurumun açıqlamasında deyilir.

“G1” xəbər portalının məlumatına görə, hadisə nəticəsində 9 nəfər xəsarət alıb.

Qeyd olunub ki, aviasiya hadisələrinin araşdırılması üzrə komissiya qəzanın səbəb və şəraitinin müəyyən edilməsi proseduruna başlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru