Gürcüstanda daha bir torpaq sürüşməsi

10-08-2023, 09:15           
Gürcüstanda daha bir torpaq sürüşməsi
Gürcüstanın daha bir bölgəsində torpaq sürüşməsi olub.

Təbii fəlakət avqustun 9-da Sameqrelo-Zemo (Yuxarı) Svaneti bölgəsinin Tsalendjixa rayonunda baş verib. Nəticədə Tebene çayının qarşısı kəsilib və çayda suyun səviyyəsi qalxmağa başlayıb

Bu barədə Sameqrelo-Zemo Svaneti bölgəsinin qubernatorunun administrasiyası məlumat yayıb.

Bildirilib ki, hələlik ciddi təhlükə yoxdur, amma sürüşmə davam edərsə, problem yaranacaq.

Qeyd edək ki, avqustun 3-də Gürcüstanın Raça-Leçxumi-Kvemo (Aşağı) Svaneti bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində 21 nəfər həlak olub, 12 nəfərin axtarışları hələ də davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru