İsmayıllı RİH-nin başçısı yanında Şura iclasında vacib məsələlər müzakirə edilib.
1-07-2016, 13:21
İsmayıllı RİH-nin başçısı yanında Şura iclasında vacib məsələlər müzakirə edilib.
İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında şuranın növbəti iclasında daha vacib iki məsələ müzakirə olunub. “UNESKO-nun qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil olan “Kəlağayı”, “Xalça” və “Lahıc misgərlik sənəti”nin qorunub saxlanması və onların inkişaf etdirilməsi sahəsində rayonda görülən işlər, qarşıda duran vəzifələr haqqında” məsələni şura iclasının müzakirəsinə RİH başçısının müavini Sevil Əhmədova təqdim edib. Xalq sənətkarlığı baxımından daha zəngin olan Lahıc və Basqal qəsəbələri üzrə icra nümayəndələri hesabat xarakterli çıxış ediblər. Digər məsul şəxslərin çıxışları dinlənilib.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov çıxışına xalq sənətkarlığının bütün növlərinin inkişafına göstərdikləri diqqət və qayğıya, onları beynəlxalq miqyasa çıxardıqlarına görə Prezident İlham Əliyevə və ölkənin Birinci xanımı, UNESKO-nun xoşməramlı səfiri, Millət Vəkili Mehriban Əliyevaya minnətdarlıqla başlayıb.
Qeyd edib ki, İsmayıllının bir çox yaşayış məskənləri xalq sənətkarlığının tarixi məkanıdır. Bu sahədəki qədimlik, ənənələr, ustadlıq qorunmaqla yanaşı, müasirlik və davamlılıq da yerli icra stukturları və bələdiyyələrin, mədəniyyət və turizm işçilərinin diqqətində olmalıdır. İƏD-lər üzrə nümayəndələr Peşə Tədris Mərkəzi ilə birgə misgərlik, kəlağayı toxuculuğu, nəqqaşlıq ağac və mis üzərində oyma peşələrinin öyrədilməsini təmin etməlidirlər.
Xalq sənətkarlıq növləri tarixliliklə müasirliyin sintezi əsasında inkişaf etməlidir.
Qərar layihəsi də deyilən təkliflər əsasında qəbul edilib.
Sonra “Rayon İcra Hakimiyyəti başçısının şəhər,qəsəbə və kənd İƏD üzrə nümayəndəliklərində sənədləşmə işinin, vətəndaş müraciətləri ilə əlaqədar kargüzarlığın aparılması vəziyyəti və qarşıda duran vəzfələr barədə” məsələ ətraflı müzakirə olunub, faktik vəziyyət tam aydınlığı ilə şura üzvlərinin və dəvət olunanların diqqətinə çatdırılıb.
Müzakirələrdən sonra rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov RİH başçısının müavinlərinə və RİH-nin şöbə müdirlərinə tapşırıb ki, Azərbaycan Respublikası Prezidentinin 23 iyun 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilimiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası” əsasında seminarlar təşkil etsinlər. Qaydalar hər bir məsul şəxs tərəfindən dəqiq öyrənilsin və işdə dönmədən tətbiq edilsin.
Şura iclasında cari məsələlərə də baxılıb. Rayon icra hakimiyyəti başçısı aparatının 2016-cı ilin ikinci yarısı üçün iş planı təsdiq edilib, şuranın tərkibində dəyişiklik aparılıb.
RİH-nin başçısı Mirdaməd Sadıqov dövlət siyasətinin və ideologiyasının daşıyıcısı olan KİV-lərə, ümumilikdə obyektiv mövqeli mətbu orqanlara münasibəti yaxşılaşdırmağı, yerlərə informasiya çatdırılmasında onun imkanlarından səmərəli istifadə etməyi tövsiyə edib.
Bununla da RİH başçısı yanında şura iclası başa çatıb.