Ukrayna Moskva yaxınlığındakı zavodu vurdu - VİDEO

1-09-2023, 18:34           
Ukrayna Moskva yaxınlığındakı zavodu vurdu - VİDEO
Ukrayna ordusuna məxsus pilotsuz uçuş aparatı (PUA) Rusiyanın Moskva şəhəri yaxınlığında raketlər üçün elektron hissələr istehsal edən zavoda hücum edib.

“AzPolitika.info” xarici KİV-ə istinadla xəbər verir ki, PUA zərbəsi nəticəsində Tomilinski Elektronika Zavodunun tədqiqat və istehsal müəssisəsi zərər görüb.

Bu barədə açıqlama verən Moskva meri Sergey Sobyanin sözügedən pilotsuz təyyarənin vurulduğunu və zavodun heç bir zərər görmədiyini iddia etsə də, bu, öz təsdiqini tapmayıb.

Belə ki, sosial şəbəkələrdə paylaşılan videoda zavodun zərər gördüyü ortaya çıxıb.

Qeyd edək ki, sözügedən hücumun Ukrayna hərbi kəşfiyyatı tərəfindən təşkil edildiyi bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru