Elçin Sadıqov Vəkillər Kollegiyasına bərpa olundu -ÖZƏL
1-09-2023, 19:21
Vəkillər Kollegiyasının Rəyasət Heyətinin bu gün keçirilən iclasında tanınmış vəkil Elçin Sadıqovun kollegiyadan xaric edilməsi barədə İntizam Komissiyasının 06.07.2023-cü il tarixli qərar ləğv edilib.
Bu barədə Gununsesi.info-nun əldə etdiyi özəl məlumatda bildirilir.
Məlumata görə, Elçin Sadıqovla bağlı iş rəy verilməsi üçün yenidən İntizam İcraatına göndərilib .
Qeyd edək ki, Elçin Sadıqovun kollegiyadan çıxarılması barədə qərar Azərbaycana qarşı beynəlxalq tənqidlərə səbəb olub.