Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləri qəzaya düşüblər, xəsarət alanlar var - FOTO 3-09-2023, 11:59 Gəncədə minik avtomobili hasara çırpılıb, xəsarət alanlar var.Oxu.Az xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.Hərəkətdə olan VAZ-2107 markalı minik avtomobilinin sürücüsü idarəetmədən çıxaraq yol kənarındakı hasara çırpılıb.Qəza zamanı xəsarət alanlar, sürücü 1995-ci il təvəllüdlü Şamxal Qurbanov və onun həmyaşıdı Elvin Sadiqlidir.Qeyd edək ki, qəzaya düşənlər Gəncə Mərkəzi Klinik Xəstəxanasının işçiləridir.Faktla bağlı araşdırma aparılır. Facebook-da paylaş