Nasistlərin öldürdüyü şəxslərin qohumlarına təzminat ödəniləcək
4-09-2023, 00:11

1943-cü ilin oktyabrında nasistlərin öldürdükləri şəxslərin varislərinə kompensasiya veriləcək.
Cebhe.info xəbər verir ki, yemək axtaran əsgəri öldürdüklərinə görə kollektiv cəza olaraq altı italyan mülki vətəndaşı İtaliyanın cənubundakı dağın yamacında asıblar. İndi həmin şəxslərin varislərinə təzminat ödəniləcək.
Səksən il sonra Fornellidə edam edilən kişilərin bəzi qohumları ailələrinin travmasına görə təzminat olaraq İtaliya məhkəməsi tərəfindən verilən 12 milyon avro alacaqlar.
Qətllər zamanı sağ olan ailə üzvlərindən biri istisna olmaqla, digərlərinin hamısı indi ölüb. Lakin İtaliya qanunlarına görə, onlara dəymiş ziyan varislərinə ödənilə bilər.
Qəribədir ki, təzminatı İkinci Dünya müharibəsində uduzan Almaniya yox, İtaliya ödəyəcək.
İtaliyadakı yəhudi təşkilatları hesab edirlər ki, Berlin onların tarixi məsuliyyətinin tanınması üçün təzminat ödəməlidir.
Almaniya hökuməti tərəfindən maliyyələşdirilən və 2016-cı ildə nəşr olunan bir araşdırma 22000 italiyalının müharibə cinayətlərinin qurbanı olduğunu üzə çıxarıb. O cümlədən bu ölkədə ölüm düşərgələrinə deportasiya edilən 8.000-ə qədər yəhudi olub. Daha minlərlə italyan Almaniyada qul kimi işləməyə məcbur edilib, bu da onlara təzminat almaq hüququ qazandırıb.