Azərbaycanın on beş rayonunda zəlzələ qeydə alınıb

4-09-2023, 00:01           
Azərbaycanın on beş rayonunda zəlzələ qeydə alınıb
Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən Kürdəmir stansiyasınndan 14 km cənubda Kürdəmir ərazisində 5,2 maqnitudalı zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, zəlzələ episentrdə 5 bala qədər, Qəbələ, İsmayıllı, Ağsu, Ucar, Göyçay, Bərdə, Ağdaş, Zərdab, Beyləqan, İmişli, Saatlı, Sabirabad, Biləsuvar, Cəlilabad rayonlarında 4-3 bala qədər hiss olunub.
***
Ağdamda və Azərbaycanın bir neçə digər rayonunda 5, 1 maqnitudalı zəlzələ olub.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Zəlzələ Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.
Sosial şəbəkə istifadəçiləri Sabirabad rayonunda da zəlzələnin hiss edildiyini bildiriblər.
09.08.23, 21:53
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 21:38-də Saatlı rayonunda zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 4 olan zəlzələ ocağının dərinliyi 52 kilometr olub. Zəlzələ Saatlıda və Beyləqanda hiss olunub.
08.08.23, 20:39
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yerli vaxtla saat 19:48-da Xəzər dənizində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Maqnitudası 3.2 olan zəlzələ ocağının dərinliyi 62 kilometr olub.
07.04.23, 20:39
Bu gün Xəzər dənizində zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin yaydığı məlumata görə, zəlzələ saat 20:03-də qeydə alınıb.
Yerin 62 kilometr dərinliyində baş verən təkanların gücü 3,9 bal olub.
Bundan əvvəl Xəzərdə zəlzələ fevralın 15-də qeydə alınmışdı. Yerli vaxtla saat 15:42-da Xəzər dənizində baş verən həmin təkanların maqnitudası 3,1, dərinliyi isə 60 km olub.
Ondan iki gün əvvəl, fevralın 13-də, yerli vaxtla saat 14:19-da qeydə alınan yeraltı təkanın dərinliyi də 60 kilometr olub. Həmin zəlzələnin maqnitudası 3,4-ə bərabər idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru