İranın şimalındakı Semnan vilayətində mədəndə baş verən partlayış sonucunda 6 nəfər ölüb.
"Unikal" İran mətbuatına istinadən xəbər verir ki, bazar ertəsi səhər saatlarında baş verən partlayış nəticəsində Tazre Damqan kömür mədənində dağıntılar altında qalan 6 fəhlənin meyiti tuneldən çıxarılıb.
Qəza 700 metrlik dərinliyə sahib mədənin 400 metrliyində olub.