Cill Bayden yenidən koronavirusa yoluxdu

5-09-2023, 09:32           
Cill Bayden yenidən koronavirusa yoluxdu
ABŞ-ın birinci xanımı Cill Bayden COVID-19-a yoluxub, onda xəstəliyin yüngül əlamətləri müşahidə olunur.

"Unikal" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

"Bu axşam birinci xanımın COVID-19 testi müsbət çıxıb. Hazırda onda yalnız yüngül əlamətlər var. O, Delaver ştatının Rexobot-Biç şəhərindəki evində qalacaq", - xəbərdə deyilir.

Xatırladaq ki, bu, ABŞ-ın birinci xanımı ikinci dəfədir koronavirusa yoluxur. Belə ki, 2022-ci ilin avqustunda da Cill Baydenin COVID-19 testi müsbət çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru