Ukrayna parlamenti Reznikovu istefaya göndərdi

5-09-2023, 18:35           
Ukrayna parlamenti Reznikovu istefaya göndərdi
Ukrayna Ali Radasında Aleksey Reznikovun müdafiə naziri vəzifəsindən istefası səsverməyə çıxarılıb.. Bu qərarı 327 deputat dəstəkləyib.

Bakupost.az xəbər verir ki, Ukrayna xalq deputatı Yaroslav Jeleznyak Telegram-da bildirib ki, Reznikov bu gün parlamentdə Ukraynaya hərbi yardımın 100 milyard dollara çatdığını deyib.

"Altı ayda 200 min gülləkeçirməz jilet, 150 min dəbilqə ehtiyatı var. Biz 1,5 milyon qış forması, 2 milyon yay forması təmin etdik. 200-dən çox Qərb silahı nümunəsi silahlanmaya qəbul edilib verilib", - deyə deputat Reznikovdan sitat gətirib.

Nazir həmçinin bildirib ki, Ukrayna pilotsuz təyyarələrinin 30-dan çox modeli istifadəyə verilib. Reznikov qeyd edib ki, bu gün heç də bütün NATO ölkələri Ukraynanın indiki səviyyəsinə çatmayıb.

Jeleznyak deyib ki, Reznikov çıxışını “Mənim şərəfim var” sözləri ilə bitirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru