Sərxoş aktyor oteldə qalmaqal törətdi: Həbs olundu - VİDEO

5-09-2023, 18:54           
Sərxoş aktyor oteldə qalmaqal törətdi: Həbs olundu - VİDEO
Ukraynadakı müharibəni tənqid edən məşhur rus aktyoru Aleksey Panin Estoniyada saxlanılıb.

Bakupost.az yerli mətbuata istinadən xəbər verir ki, sərxoş aktyor oteldə tanımadığı adamların otağına girməyə cəhd edib. Polis onu ayıltma məntəqəsinə aparıb.

Aktyorun Estoniyadan deportasiya oluna biləcəyi də iddia edilir.

Qeyd edək ki, may ayında Rusiya Daxili İşlər Nazirliyi Krım körpüsündə baş verən partlayışla bağlı şərhinə görə Panini terrorizmə haqq qazandırmaq ittihamı ilə beynəlxalq axtarışa vermişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru