Çeçenistanda qasırğa qiyaməti xatırlatdı - VİDEO

7-09-2023, 07:32           
Çeçenistanda qasırğa qiyaməti xatırlatdı - VİDEO
Çeçenistanda qasırğa baş verib.

Məlumata görə, Qroznı küçələrini su basıb. Fırtınalı külək ağacları və reklam lövhələrini qırıb. Hətta tikinti kranı da təbii fəlakətin zərbəsinə tab gətirə bilməyib.

Respublikanın rəhbəri Ramzan Kadırov dəymiş ziyanı hesablamağı tapşırıb və bildirib ki, hakimiyyət zərərçəkənlər barədə məlumat toplayır.
Qeyd olunur ki, ixtisaslaşdırılmış xidmətlər fövqəladə rejimdə işləyir.

Mənbə: Vesti.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru