Onu məşhur adaşı ilə səhv salıblar: kisə-kisə pul göndəriblər
7-09-2023, 08:43
İosif Priqojinə pul təklif ediblər.
Publika.az "MK.ru"ya istinadən xəbər verir ki, prodüser İosif Priqojin onun adaşı - "Wagner" PMC-nin keçmiş rəhbəri Yevgeni Priqojinin mediada məşhurlaşdığı dövrdə həyatı haqqında yeni açıqlamalar verib. O deyib ki, insanlar onun ofisinə gəlib PMC-yə qoşulmaq istədiklərini bildirirdilər. Hətta könüllülərin arasında pul təklif edənlər də var.
"Onlar pul kisələri gətirdilər. Əlbəttə ki, pul götürmədik. Dedik ki, bu, bizim üçün deyil, axtardığınız şəxs başqa yerdədir", - İosif bildirib.
Prodüser qeyd edib ki, bir müddət ofisinə zirzəmidən gəlib, çünki girişdə həmişə Yevgeni Priqojinlə görüşməyi gözləyən, lakin simaları ayırd edə bilməyənlər olub.
Yevgeni Priqojinin ölümü ilə bağlı xəbərlərdən sonra İosif Priqojin ona başsağlığı və əklil göndərməyi dayandırmağı xahiş edib.